AZ

ABŞ-də lazer sınaqları səbəbindən hava məkanı bağlanıb

BAKI, 12 fevral. TELEQRAF

ABŞ-nin El-Paso şəhəri üzərində hava məkanı lazer silahının sınaqları ilə bağlı bağlanıb.

Teleqraf xəbər verir ki, bu barədə mənbəyə istinadla "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb Pentaqonla ABŞ Federal Aviasiya Administrasiyası arasında pilotsuz uçuş aparatlarına qarşı lazer silahının sınaqları məsələsində yaranan razılaşmazlıq olub.

Məlumatda bildirilir ki, ABŞ hərbçiləri lazer sınaqlarını Federal Aviasiya Administrasiyası ilə əvvəlcədən razılaşdırmayıblar. Qurum isə tədbirin mülki aviasiya üçün təhlükəsiz olduğuna əmin olmaq istəyib. Razılaşdırma olmadığı üçün region üzərində hava məkanının müvəqqəti bağlanmasına qərar verilib.

Qeyd edək ki, bundan əvvəl Rusiyada pilotsuz uçuş aparatlarına qarşı nəzərdə tutulan lazer sistemlərinin sınaqdan keçirildiyi barədə məlumat yayılmışdı.

Seçilən
58
12
teleqraf.com

10Mənbələr