AZ

İsrail hərbçiləri İordan çayının qərb sahilində 20-dən çox fələstinli radikalı saxlayıb

İsrail hərbçiləri İordan çayının qərb sahilində 20-dən çox fələstinli radikalı saxlayıb

İsrail hərbçiləri İordan çayının qərb sahilində 12 fərqli rayonda silsilə reydlər keçirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyatlar zamanı HƏMAS və "İslami Cihad" radikal hərəkatları ilə əlaqədə şübhəli bilinən bir neçə şəxs saxlanılıb. Onların üzərindən nağd şəkildə bir neçə min şekel (1000 şekel təxminən 325 dollar) pul vəsaiti müsadirə edilib. Eyni zamanda, terror fəaliyyətində və fələstinlilərin İsrail ərazisinə qanunsuz keçidini təşkil etməkdə şübhəli bilinən onlarla şəxs dindirilib.

Digər reydlər nəticəsində daha 23 şübhəli şəxs saxlanılıb. Saxlanılan şəxslərdən odlu silahlar, döyüş sursatları, silah hissələri və yenə də külli miqdarda nağd pul götürülüb. Mətbuat xidmətinin bildirdiyinə görə, əməliyyatlar zamanı İsrail hərbçiləri üç qanunsuz tikilini dağıdıb və onlarla oğurlanmış avtomobili müsadirə ediblər. Bu əməliyyatlar bölgədə gərginliyin artdığı və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir vaxtda keçirilib.

Seçilən
33
afn.az

1Mənbələr