AZ

Rusiya və Belarus istisna olmaqla istənilən ölkədə danışıqlara hazırıq -Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti Rusiya və Belarus istisna olmaqla istənilən ölkədə danışıqlara hazırdır.

Redaktor.az
xəbər verir ki, Zelenski bunu ukraynalı jurnalistlərə deyib.

“Biz ABŞ-ın təkliflərini dəstəkləməyə hazırıq, Amerikanın, Avropanın, neytral ölkənin istənilən ərazisində, istənilən dövlətdə görüşə bilərik, Rusiya və Belarus istisna olmaqla. Bizim üçün fərqi yoxdur, Mayami olsun, ya Əbu-Dabi. Əsas odur ki, nəticə olsun”, – deyə Zelenski vurğulayıb.

Seçilən
60
9
redaktor.az

10Mənbələr