AZ

ABŞ İranla danışıqların davam etdirilməsində israrlıdır

Vaşinqton nüvə proqramı ilə bağlı sazişin bağlanması ehtimalını qiymətləndirmək üçün Tehranla danışıqların davam etdirilməsində israr edir.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra "Truth Social"da yazıb..

"Mən indicə İsrailin Baş naziri Netanyahu və onun nümayəndələri ilə görüşü başa vurdum. Biz heç bir konkret nəticə əldə etməmişik, yalnız mən İranla danışıqların davam etdirilməli olduğunu və razılaşmanın əldə edilib-edilməyəcəyini yoxlamaq üçün təkid etdiyimi bildirdim. Baş nazirə aydın şəkildə bildirdim ki, buna nail olmaq mümkün olsa, daha yaxşı olar", - deyə o bildirib.

Seçilən
30
2
far.az

10Mənbələr