Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qızı Zəhranın toyudur.
Milli.Az xəbər verir ki, bununla bağlı görüntüləri fotoqraf Həmid Həmidli sosial şəbəkədə paylaşıb.
Qızını gəlin köçürən Q.Qurbanov "Allah səni xoşbəxt eləsin. Sən mənim ürəyimsən. Səni yola saldıq, amma həmişə qəlbimdəsən, ürəyimdəsən" deyə, arzularını söyləyib.
Qeyd edək ki, Zəhra Samir adlı bəylə ailə qurub. Fevralın 9-da onun qız toyu olub. (Axşam.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar: