AZ

Netanyahu Trampla İrana qarşı yeni birgə əməliyyatı müzakirə edəcək

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Baş nazir Prezidentə İranla bağlı yeni kəşfiyyat məlumatları təqdim etmək niyyətindədir

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla İrana qarşı yeni birgə İsrail-ABŞ hərbi əməliyyatını müzakirə etməkdə maraqlı olduğunu bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə CNN yüksək vəzifəli İsrail mənbələrinə istinadən  məlumat yayıb.

Kanal iki həmsöhbətinə istinadən xəbər verib ki, "Netanyahu bu həftə Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampla İrana qarşı mümkün hərbi variantları müzakirə etmək niyyətindədir. Çünki İsrail ABŞ-İran danışıqlarının uğursuz olacağı təqdirdə gözlənilməz hallara hazırlaşır".

Başqa bir mənbəyə görə, Netanyahu Trampa hazırda İslam Respublikasının faktiki hərbi imkanları ilə bağlı yeni kəşfiyyat məlumatları təqdim etmək niyyətindədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
ayna.az

1Mənbələr