AZ

Amerika xalqı üçün bundan daha pis şey yoxdur” Vens

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Rusiya ilə strateji hücum silahlarının azaldılması üzrə yeni sazişin bağlanması istiqamətində danışıqları davam etdirir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Prezident Donald Trampın siyasətinin əsas xüsusiyyətlərindən biri nüvə silahının yayılmasının qarşısının alınmasıdır.

Vens qeyd edib ki, dünyada getdikcə daha çox rejimin nüvə silahına sahib olması Amerika xalqı üçün ən təhlükəli ssenarilərdən biridir.

“Dünya üzrə daha çox rejim nüvə silahı əldə edir. Amerika xalqı üçün bundan daha pis bir şey ola bilməz”.

Vitse-prezident əlavə edib ki, Vaşinqton nüvə silahının yayılmasının məhdudlaşdırılması məqsədilə danışıqları davam etdirəcək.

“Biz tərəfdaşlarla danışmağı davam etdirəcəyik, nüvə silahının yayılmasını məhdudlaşdırmağa çalışacağıq və əminəm ki, nəticədə Amerika xalqı üçün yaxşı nəticə əldə olunacaq”, – deyə Vens vurğulayıb.

Qeyd edək ki, Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi (START-III və ya DÇNSM) Rusiya və ABŞ arasında 2010-cu ilin aprelində imzalanıb və 2011-ci ilin fevralında qüvvəyə minib. Müqavilə 10 il müddətinə nəzərdə tutulub və bir dəfəlik 5 il uzadılması imkanı olub. 2021-ci ildə sənədin müddəti uzadılıb.

Rusiya 2023-cü ilin fevralında müqavilədə iştirakını dayandırdığını elan edib. Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin payızında bildirib ki, Vaşinqton analoji addım atacağı təqdirdə, Moskva müqavilə üzrə məhdudiyyətlərə ən azı bir il də əməl etməyə hazırdır.

ABŞ dövlət katibi Marko Rubio isə daha əvvəl bəyan edib ki, Vaşinqton yeni strateji silahların azaldılması sazişi üzrə danışıqlara hazırdır. Onun sözlərinə görə, mövcud START-III artıq əvvəlki funksiyasını yerinə yetirmir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
globalinfo.az

1Mənbələr