AZ

Siyarto: Aİ Ukrayna üzrə sülh səylərinə zərbə vurur

Avropa İttifaqı Ukraynadakı münaqişənin nizamlanması üzrə beynəlxalq səylərə silah tədarükü və maliyyə dəstəyi ilə zərbə vurur.

APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə çinli həmkarı Van İ ilə danışıqlardan sonra jurnalistlərə açıqlamasında bildirib.

“Təəssüf ki, avropalılar sülhün bərqərar olunması istiqamətində səyləri daim pozurlar”, – deyə Siyarto qeyd edib.

Onun sözlərinə görə, buna Kiyev və Brüssel tərəfindən silah və maliyyə vəsaitlərinin Ukraynaya göndərilməsi, həmçinin ölkənin Aİ-yə sürətlə qəbulunu hədəfləyən koalisiyanın formalaşdırılması dəlalət edir.

“Milli maraqların qorunmasına yönəlmiş suveren Macarıstan hökuməti buna etiraz edir. Macarlar sülhün tərəfdarıdır. Müharibənin davamı və Ukraynanın Aİ-yə üzvlüyü tam şəkildə maraqlarımıza ziddir”, – deyə XİN rəhbəri vurğulayıb.

Seçilən
15
5
apa.az

6Mənbələr