AZ

Aİ Ukraynada sülh səylərinə ZƏRBƏ VURUR



Ajans.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə çinli həmkarı Van İ ilə danışıqlardan sonra jurnalistlərə açıqlamasında bildirib. “Təəssüf ki, avropalılar sülhün bərqərar olunması istiqamətində səyləri daim pozurlar”, – deyə Siyarto qeyd edib.

Onun sözlərinə görə, buna Kiyev və Brüssel tərəfindən silah və maliyyə vəsaitlərinin Ukraynaya göndərilməsi, həmçinin ölkənin Aİ-yə sürətlə qəbulunu hədəfləyən koalisiyanın formalaşdırılması dəlalət edir.

“Milli maraqların qorunmasına yönəlmiş suveren Macarıstan hökuməti buna etiraz edir. Macarlar sülhün tərəfdarıdır. Müharibənin davamı və Ukraynanın Aİ-yə üzvlüyü tam şəkildə maraqlarımıza ziddir”, – deyə XİN rəhbəri vurğulayıb.

Seçilən
5
5
Ajans.az

6Mənbələr