AZ

Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi Epşteyn işinə görə

ain.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Avropa Şurasının Nazirlər Komitəsi təşkilatın sabiq baş katibi Turbyorn Yaqlandın toxunulmazlığının ləğvi barədə qərar qəbul edib.

 Avropa Şurasının saytına istinadən xəbər verir ki, bu qərar Norveç hakimiyyətinin Yaqlanda qarşı korrupsiya ittihamları irəli sürməsi fonunda verilib.

Norveç hökuməti AŞ-yə müraciət edərək Yaqlandın istintaqa cəlb olunması üçün toxunulmazlığının ləğvini xahiş edib.

Yaqlandın adı maliyyəçi Ceffri Epşteyn barədə açılan cinayət işində hallanıb.

"2025-ci ilin noyabrındakı ifşalardan sonra Avropa Şurasının bütövlüyünü və nüfuzunu qorumaq üçün zəruri hesab etdiyim bütün tədbirləri gördüm. Bu işin hallarını aydınlaşdırmaq və mövcud məlumatları yoxlamaq üçün qeyri-rəsmi daxili inzibati araşdırmanın başlanmasını tələb etdim", - Avropa Şurasının fəaliyyətdə olan Baş katibi Alen Berse bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
hurriyyet.az

1Mənbələr