AZ

"Qəbələ" heyətinə daha bir futbolçu cəlb etdi

"Qəbələ" transfer dönəminin son günündə heyətinə daha bir futbolçu cəlb edib.

Bakıvaxtı.az xəbər verir ki, "Qırmızı-qaralar" 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın "Valansyen" klubundan mövsümün sonuna qədər icarəyə götürüb.

Sonuncu komandası "Valansyen" olan fransalı futbolçu daha öncə vətənində "Reyms", Ukraynada "Vorskla", Belçikada "Seren" kimi klubların formasını geyinib.

O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.

Seçilən
18
12
adalet.az

10Mənbələr