AZ

Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular

style='margin-bottom:10px;'>

14–15 fevral tarixlərində Sloveniyanın paytaxtı Lyublyanada cüdo üzrə Avropa Açıq Turniri keçiriləcək.

QOL.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizi 5 çəki dərəcəsində 7 qadın cüdoçu təmsil edəcək. İdmançılarımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Beynəlxalq yarışda 44 ölkədən 509 idmançı (293 kişi, 216 qadın) qüvvəsini sınayacaq.

Cüdo millimizin turnir üçün heyəti isə belədir: 

Qadınlar

-48 kq

Şəfəq Həmidova

-52 kq

Aydan Vəliyeva

Leyla Əliyeva

Könül Əliyeva

-57 kq

Fidan Əlizadə

-70 kq

Südabə Ağayeva

+78 kq

Madina Kaisinova

Seçilən
6
1
teleqraf.com

9Mənbələr