Abşeron rayonunda 17 yaşlı yeniyetmə yıxılaraq xəsarət alıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

Məlumata əsasən, qəsəbə ərazisində yıxılan 2009-cu il təvəllüdlü K.K-nin qarnına yerdə olan dəmir parçası batıb.

Daxilə nüfuz edən xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info