AZ

Ağsu aşırımında buz bağlayan yolda iki avtomobil aşıb - Foto 

Dünən gecə saatlarından başlayaraq yağan qar və havanın temperaturunun aşağı düşməsi Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində qismən buzlaşmaya səbəb olub. .

APA-nın Şirvan bürosu xəbər verir ki, yolun sərt döngəli, enişli-yoxuşlu ərazilərində iki avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Əraziyə texnika və canlı qüvvə cəlb olunub.

Müvafiq qurumlar tərəfinfən yollara qum-duz qarışığı səpilir, zəruri tədbirlər həyata keçirilir. Hazırda hər iki istiqamətdə texnikalar işləyir və hərəkət nəzarət altındadır.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan APA-ya bildirilib ki, hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması məqsədilə ərazidə polis gücləndirilmiş iş rejimində xidmət aparır və zəruri tədbirlər görülür.

Poliqon.info

Seçilən
13
6
poliqon.info

10Mənbələr