Dünən gecə saatlarından başlayaraq yağan qar və havanın temperaturunun aşağı düşməsi Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində qismən buzlaşmaya səbəb olub.
"Cebheinfo.az"xəbər verir ki, yolun sərt döngəli, enişli-yoxuşlu ərazilərində iki avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Əraziyə texnika və canlı qüvvə cəlb olunub.
Müvafiq qurumlar tərəfinfən yollara qum-duz qarışığı səpilir, zəruri tədbirlər həyata keçirilir.
Hazırda hər iki istiqamətdə texnikalar işləyir və hərəkət nəzarət altındadır.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması məqsədilə ərazidə polis gücləndirilmiş iş rejimində xidmət aparır və zəruri tədbirlər görülür.
"Cebheinfo.az"