AZ

Özəl sektorun prosesə cəlb edilməsi Azərbaycanın biznes mühitinə beynəlxalq etimadın güclənməsi deməkdir Tahir Mirkişili

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu günlərdə imzalanan “Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası” ölkəmizin beynəlxalq mövqeyinin və regional rolunun yeni səviyyəyə yüksəlməsinin mühüm göstəricisidir. Sənəd bir daha təsdiq edir ki, Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də Avrasiyanın strateji nəqliyyat, logistika və rəqəmsal mərkəzlərindən birinə çevrilir. Xartiyada Orta Dəhlizin inkişafı, regional bağlantılılığın gücləndirilməsi, ticarət və investisiya axınlarının artırılması kimi prioritetlərin açıq şəkildə vurğulanması ölkəmizin uzunmüddətli iqtisadi strategiyası ilə tam uzlaşır”.

Bunu fikri 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib. O bildirib ki, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq dəstəyi, Transxəzər Nəqliyyat Dəhlizinin qlobal ticarət üçün əsas marşrut kimi tanınması, süni intellekt, rəqəmsal infrastruktur və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi və s. məsələlər sənəddə xüsusilə diqqət çəkən məqamlardandır:

“Kibertəhlükəsizlik və yüksək texnologiyalar üzrə birgə təşəbbüslərin nəzərdə tutulması. Bu sənəd iqtisadi əməkdaşlığı yalnız ənənəvi sahələrdə deyil, gələcəyin iqtisadiyyatı olan rəqəmsal texnologiyalar, AI və innovasiyalar istiqamətində də yeni mərhələyə daşıyır. Eyni zamanda, özəl sektorun prosesə cəlb edilməsi Azərbaycanın biznes mühitinə beynəlxalq etimadın güclənməsi deməkdir. Bir sözlə, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional liderliyini möhkəmləndirən, yeni investisiya və inkişaf imkanları açan, gələcəyə yönəlmiş mühüm yol xəritəsidir”. 

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
3
525.az

4Mənbələr