AZ

Bakı və Əbu Dabi şəhərləri qardaşlaşıb

ain.az, Apa.az saytına istinadən bildirir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl-Şorafanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.

BŞİH-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Bakı şəhəri və Əbu-Dabi şəhəri arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Eldar Əzizov görüş zamanı qeyd edib ki, bu gün Azərbaycanla BƏƏ arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin rəhbərlərinin fəaliyyətinin nəticəsidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
16
apa.az

10Mənbələr