AZ

Bakı və Əbu-Dabi qardaşlaşdı - Foto

Bakı şəhəri və Əbu-Dabi şəhəri arasında fevralın 11-də qardaşlaşma münasibətlərinin yaradılması haqqında anlaşma memorandumu imzalanıb.
Bu barədə BUTA.TV-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib. Bildirilib ki, memorandum Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl- Şorafanın rəhbərliyi ilə BƏƏ nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində imzalanıb.

Nümayəndə heyəti BŞİH-nin başçısı Eldar Əzizovla görüşüb. Görüşdə Eldar Əzizov qeyd edib ki, bu gün iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin rəhbərlərinin fəaliyyətinin nəticəsidir.

Seçilən
8
9
buta.tv

10Mənbələr