Dünən gecə saatlarından başlayaraq yağan qar və havanın temperaturunun aşağı düşməsi Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində qismən buzlaşmaya səbəb olub.
yolun sərt döngəli, enişli-yoxuşlu ərazilərində iki avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Əraziyə texnika və canlı qüvvə cəlb olunub.
Müvafiq qurumlar tərəfinfən yollara qum-duz qarışığı səpilir, zəruri tədbirlər həyata keçirilir.Hazırda hər iki istiqamətdə texnikalar işləyir və hərəkət nəzarət altındadır.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan APA-ya bildirilib ki, hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması məqsədilə ərazidə polis gücləndirilmiş iş rejimində xidmət aparır və zəruri tədbirlər görülür.