AZ

Qərb bölgəsində qarlı hava: Daşkəsən Gəncə yolunda hərəkət təmin olunur

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Daşkəsən, 11 fevral, Vüsalə Cənnətova, AZƏRTAC

Qərb bölgəsində qarlı hava şəraiti müşahidə edilir. Kiçik Qafqazın şimal-şərqində, dəniz səviyyəsindən 1600–1800 metr yüksəklikdə yerləşən Daşkəsən rayonunun mərkəzinə yağan qarın qalınlığı 10-15 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı, Dəstəfur və digər dağ kəndlərində isə 20-25 santimetrə çatır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhərdaxili yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün mütəmadi təmizlik işləri aparılır. Sürüşkənlik ehtimalı olan ərazilərə qum-duz qarışığı səpilir.

Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmayıb. Qarın yağması rayonun ümumtəhsil məktəblərində şagirdlərin dərslərə davamiyyətinə də təsir göstərməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
azertag.az

1Mənbələr