AZ

Xorvatiya Prezidenti Gürcüstana səfər edəcək

Xorvatiya Prezidenti Zoran Milanoviç fevralın 11-dən 13-dək Gürcüstanda rəsmi səfərdə olacaq.Bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilir ki, Milanoviç səfər zamanı xanımı Sanya Muşiç Milanoviç ilə birlikdə Tbilisiyə gedəcək. Səfər çərçivəsində o, Prezident Mixail Kavelaşvilinin qəbulunda olacaq və rəsmi qarşılanma mərasimi keçiriləcək. 

Kavelaşvili və Milanoviçin təkbətək, eləcə də geniş tərkibdə görüşləri planlaşdırılır. Görüşlərdən sonra mətbuat üçün birgə bəyanat veriləcəyi gözlənilir. 

Səfər çərçivəsində Xorvatiya Prezidentinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə də görüşləri nəzərdə tutulub

Seçilən
18
4
anews.az

8Mənbələr