AZ

Xorvatiya Prezidenti Gürcüstana səfər edəcək

Fevralın 11-dən 13-dək Xorvatiya Prezidenti Zoran Milanoviç Gürcüstanda rəsmi səfərdə olacaq.

Moderator.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, o, Tbilisiyə xanımı Sanya Muşiç Milanoviç və ölkənin nümayəndə heyəti ilə birgə gedəcək.

"Mixail Kavelaşvili (Gürcüstan Prezidenti - red.) Zoran Milanoviçi Gürcüstanın Prezident sarayında qəbul edəcək və orada rəsmi qarşılanma mərasimi keçiriləcək", - məlumatda bildirilib.

Administrasiyanın məlumatına görə, Kavelaşvili və Milanoviçin təkbətək və geniş tərkibdə görüşləri planlaşdırılıb, daha sonra KİV üçün birgə bəyanat veriləcək.

Həmçinin səfər çərçivəsində Xorvatiya Prezidentinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə görüşləri nəzərdə tutulub.

Seçilən
2
5
moderator.az

7Mənbələr