AZ

Suraxanıdakı hadisə hər kəsi qorxuya saldı AÇIQLAMA

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Azərbaycanda sahibsiz itlərin insanlara hücumu ilə bağlı hallar getdikcə artır. Bu cür hadisələr artıq tək-tük deyil, müxtəlif ərazilərdə mütəmadi şəkildə qeydə alınır. Bu gün Suraxanıda baş verən hücum da problemin miqyasını bir daha göstərdi. Küçələrdə insanların, xüsusilə uşaqların təhlükəsizliyi ciddi sual altındadır. Mövcud vəziyyət sahibsiz heyvanlarla bağlı təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir.Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elman Nurəliyev Demokrat.az-a bildirib ki, sahibsiz itlərlə bağlı məsələ ciddi və sistemli yanaşma tələb edir:"Bu iş tək bir qurumun üzərinə düşmür, bələdiyyələr, yerli icra strukturları və baytarlıq xidmətləri birlikdə fəaliyyət göstərməlidir. Həm şəhər mərkəzində, həm də kənar ərazilərdə vəziyyətin ağır olduğu yerlər var. Günün ortasında itlərin dəstə halında insanlara və uşaqlara hücum etməsi artıq təhlükəli hal alıb".Suraxanıda itlər məktəblilərə hücum etdi: 2 azyaşlı yaralandı — FOTOO bildirib ki, azyaşlıları nəzarətsiz küçəyə buraxmaq risklidir, çünki onlar özlərini təhlükədə hiss edirlər:"Burada əsas məsələ itlərin qeydiyyata alınması və quduzluğa qarşı peyvəndlənməsidir. Heyvanlar elə məkanlarda saxlanmalıdır ki, insanlarla təmas minimum olsun. Şəhərin mərkəzində sahibsiz itlərin sürü halında gəzməsi həm qorxu, həm də real təhlükə yaradır. Problemin aradan qaldırılması üçün bir neçə qurumun paralel işi vacibdir". Ekspert deyib ki, beynəlxalq təcrübədə sahibsiz heyvanlar qeydiyyata düşür və peyvənd olunur, bundan sonra insan həyatı üçün ciddi risk yaratmırlar:"Eyni zamanda insanlar da bu heyvanlara qarşı amansız davranmamalıdır. Onları vurmaq və yaralamaq aqressiyanı artırır və nəticədə başqa şəxslərə hücum halları baş verir. Belə vəziyyətlərdə vətəndaşlar yerli icra orqanlarına məlumat verməli, məsələ digər qurumlarla birgə araşdırılmalıdır".O deyib ki, sahibsiz heyvanları tamamilə yox etmək və ya qapalı yerlərdə saxlamaq mümkün deyil və bu, düzgün yanaşma sayılmır."Lakin uşaq bağçaları, məktəblər və insanların sıx istifadə etdiyi ərazilərdə mütləq qabaqlayıcı tədbirlər görülməlidir", - deyə o qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
demokrat.az

1Mənbələr