AZ

Pavel Durov Rusiyada Telegram-ın yavaşlaması ilə bağlı şərh verib



Telegram, hər hansı bir təzyiqə baxmayaraq, söz azadlığı və şəxsi həyatın toxunulmazlığını təmsil edir, deyə messencerin qurucusu Pavel Durov öz kanalında bildirib.İş adamı qeyd edib ki, Rusiya rusları nəzarət və siyasi senzura üçün nəzərdə tutulmuş dövlət tərəfindən idarə olunan tətbiqə keçməyə məcbur etmək məqsədilə Telegram-a girişi məhdudlaşdırır.
Durov xatırladıb ki, İran səkkiz il əvvəl eyni strategiyanı sınaqdan keçirib və uğursuz olub.

O bildirib ki, Tehran insanları dövlət tərəfindən idarə olunan alternativə keçməyə məcbur etmək üçün uydurma bəhanələrlə Telegram-ı qadağan edib. Bununla belə, o əlavə edib ki, iranlıların əksəriyyəti hələ də messencerdən istifadə edir (senzuradan yayınaraq) və onu nəzarətə məruz qalan tətbiqlərdən daha çox üstün tuturlar.

Təsisçi bildirib ki, vətəndaşların azadlığını məhdudlaşdırmaq heç vaxt düzgün qərar deyil.

aia.az
Tərcümə şöbəsi



Seçilən
53
23
aia.az

10Mənbələr