ain.az bildirir, Reyting.az portalına istinadən.
“Biz çalışırıq ki, iki ölkə arasında hər hansı toqquşma yenidən başlamasın, xalqlar arasında təmaslar qurulsun. Biz bu yolla irəliləmək istəyirik”.
Reyting.az xəbər verir ki, bu sözləri ABŞ-nın vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuata bəyanatında deyib.
Sülh istiqamətində atılan addımlara toxunan C. D. Vens daha sonra əlavə edib: “Buna görə Prezident İlham Əliyevə böyük təşəkkür düşür”.
Sülh sazişinin reallaşmasının gələcəkdə əmin-amanlıq yaradacağına və münaqişənin qarşısını alacağına əminliyini ifadə edən Vens bunu İlham Əliyevin rəhbərlik keyfiyyətlərinin təzahürü adlandırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.