AZ

“Buna görə İlham Əliyevə böyük təşəkkür düşür” - Vens

“Biz çalışırıq ki, iki ölkə arasında hər hansı bir toqquşma yenidən başlamasın, xalqlar arasında təmaslar qurulsun və biz bu yolla irəliləmək istəyirik”.

Sitat.info xəbər verir ki, bu sözləri ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

Sülh istiqamətində atılan addımlara toxunan Vitse-prezident əlavə edib:

“Buna görə Prezident İlham Əliyevə böyük təşəkkür düşür”.

Sülh sazişinin reallaşmasının gələcəkdə əmin-amanlıq yaradacağına və münaqişənin qarşısını alacağına əminliyini ifadə edən Ceyms Devid Vens bunu Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətlərinin təzahürü adlandırıb.

Seçilən
23
19
sitat.info

10Mənbələr