AZ

Daha bir marşrut üzrə avtobuslar YENİLƏNDİ

Bakıda 206 nömrəli şəhərətrafı müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edilib.

Bizim.Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Qeyd edilib ki, avtobuslarla xəttin istismarı fevralın 12-dən həyata keçiriləcək.
 

Metronun "Elmlər Akademiyası" stansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli marşrut üzrə 10 müasir avtobus 12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.


Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 manat müəyyən edilib.

Bizim.Media

Seçilən
35
9
bizim.media

10Mənbələr