AZ

AAYDA sədrinin müşaviri işdən çıxarılmayıb – RƏSMİ

Bu gün mətbuatda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başladığna dair məlumat yayılıb. Yayılan məlumatda AAYDA İdarə Heyətinin sədrinin müşaviri Əflatun Qasımovun işdən çıxarıldığı bildirilir.

KONKRET.az-ın xəbərinə görə, AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli “Unikal”a açıqlamasında bildirib ki, yayılan xəbərlər əsassızdır:

“Agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir”, – deyə o əlavə edib.

***

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başlayıb.

KONKRET.az qaynarinfo-ya istinadla xəbər verir ki, AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı müşaviri Əflatun Qasımov vəzifəsindən azad edilib.

Vüsal Nəsirli bununla bağlı müvafiq əmr imzalayıb.

Əflatun Qasımov uzun illər Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, AAYDA İdarə Heyətinin sabiq sədri Saleh Məmmədovla quda olub.

Seçilən
25
11
konkret.az

10Mənbələr