AZ

Agentlikdən Saleh Məmmədovun qudası ilə bağlı AÇIQLAMA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirlinin kadr islahatlarına başlaması ilə bağlı xəbərlərə münasibət bildirib.

AAYDA-dan   bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr islahatlarına başlanıldığı və bəzi əməkdaşların işdən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir. Yayılan məlumatlar əsassızdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların və medianın diqqətinə çatdırır ki, bütün rəsmi açıqlamalar yalnız İctimaiyyətlə əlaqələr şöbəsi vasitəsilə təqdim olunur və digər mənbələrdən alınan məlumatlar həqiqətə uyğun olmaya bilər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, "Qaynarinfo" yazıb ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başlayıb. Belə ki, İdarə Heyətinin sədrinin 70 yaşlı müşaviri Əflatun Qasımov vəzifəsindən azad edilib. Vüsal Nəsirli bununla bağlı müvafiq Əmr imzalayıb. Yerinə isə özünə yaxınlığı ilə tanınan Kamran Gülbala oğlu Əzizov təyin olunub.

Qeyd edək ki, Ə.Qasımov uzun illər Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, sözügedən qurumda çalışdığı dövrdə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovla quda olub.Müsavat.com.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
2
olaylar.az

10Mənbələr