“Neftçi” bu il ilk transferini həyata keçirib.
Klubdan SİA-ya verilən məlumata görə, braziliyalı hücumameyilli yarımmüdafiəçi Breno Almeyda ilə 2.5 illik müqavilə imzalanıb.
Sonuncu klubu “Etnikos” (Kipr) olan 27 yaşlı futbolçu Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb. O, 2024-cü ilin yayından çıxış etdiyi “Etnikos”un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub.