AZ

Neftçi braziliyalı oyunçu transfer etdi

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Neftçi" braziliyalı oyunçu transfer etdi

“Neftçi” bu il ilk transferini həyata keçirib.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi Breno Almeyda heyətə cəlb edilib.

27 yaşlı futbolçu ilə 2.5 illik müqavilə bağlanıb. Sonuncu klubu “Etnikos” (Kipr) olan Almeyda Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb. O, 2024-cü ilin yayından çıxış etdiyi “Etnikos”un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə müəlllifi olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
14
qol.az

10Mənbələr