AZ

“Neftçi” “Qəbələ” ilə oyuna bu itkilərlə ÇIXACAQ

"Neftçi" Misli Premyer Liqasının 19-cu turunda qarşılaşacağı “Qəbələ” ilə matçın hazırlığını yekunlaşdırıb.

Bizim.Media xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

“Neftçi”nin futbolçuları – İqor Ribeyro və Freddi Varqas cəzalı olduqları üçün bu görüşü buraxacaqlar.

Qeyd edək ki, fevralın 10-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 19:00-da başlanacaq.

Bizim.Media

Seçilən
10
2
bizim.media

9Mənbələr