AZ

Dollardan "görünməmiş miqyasda" sui-istifadə: Rusiya ABŞ-ı ittiham edir

Moskvanın fikrincə, ABŞ dolların qlobal maliyyə sistemindəki dominant mövqeyindən öz xeyrinə istifadə etməyə davam edir və Rusiya bunu qəbuledilməz hesab edir.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV-yə verdiyi müsahibədə bildirib.

O, Rusiyanın siyasətinin milli maraqların qorunmasına əsaslandığını və ticarət, iqtisadi və ya valyuta müharibələrində iştirakı nəzərdə tutmadığını vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton getdikcə daha çox maliyyə təsirinə əl atır, dollardan bir vasitə kimi istifadə edir və bu prosesi gizlətməyə çalışmır.

Seçilən
40
50
publika.az

10Mənbələr