AZ

Xətaidə dövlət qurumunun avtomobili hasarı uçurdu Dəymiş ziyanı kim ödəyəcək?

ain.az bildirir, Oxu.az portalına istinadən.

Xətai rayonu, Zeytunluq küçəsində kanalizasiya kollektorunun təmiri zamanı vətəndaşa maddi ziyan dəyib.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.

Xətaidə dövlət qurumunun avtomobili hasarı uçurdu - Dəymiş ziyanı kim ödəyəcək?

Bildirilib ki, təmir işləri aparan şirkətə məxsus yük maşını idarəetmədən çıxaraq hasara çırpılıb və nəticədə hasar uçub, vətəndaşa dəyən zərər isə qarşılanmayıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq ərazidə iş aparan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən fakt təsdiqlənib.

Qeyd olunub ki, xidmətə məxsus "Ford" markalı avtomobilin qəza nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsinin hasarının aşması hadisəsi ilə bağlı müvafiq qurum araşdırma aparıb.

"Vəziyyətə dair ilkin nəticələr məlumdur. Bununla bağlı avtomobilin sığorta olunduğu şirkətin nümayəndəsi ilə əlaqə saxlanılıb. Hazırda dəymiş ziyanın ödənilməsi istiqamətində sənədləşdirmə işləri aparılır", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
oxu.az

2Mənbələr