AZ

Xətaidə dövlət qurumunun avtomobili hasarı uçurdu – VİDEO

Xətai rayonu, Zeytunluq küçəsində kanalizasiya kollektorunun təmiri zamanı vətəndaşa maddi ziyan dəyib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.

 

 

Bildirilib ki, təmir işləri aparan şirkətə məxsus yük maşını idarəetmədən çıxaraq hasara çırpılıb və nəticədə hasar uçub, vətəndaşa dəyən zərər isə qarşılanmayıb.

Cavab olaraq ərazidə iş aparan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən fakt təsdiqlənib.

Qeyd olunub ki, xidmətə məxsus “Ford” markalı avtomobilin qəza nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsinin hasarının aşması hadisəsi ilə bağlı müvafiq qurum araşdırma aparıb.

“Vəziyyətə dair ilkin nəticələr məlumdur. Bununla bağlı avtomobilin sığorta olunduğu şirkətin nümayəndəsi ilə əlaqə saxlanılıb. Hazırda dəymiş ziyanın ödənilməsi istiqamətində sənədləşdirmə işləri aparılır”, – deyə məlumatda bildirilir. (Oxu.az)c

Seçilən
0
1
nocomment.az

2Mənbələr