AZ

“Yol əhvalatı” filminin Amerika VERSİYASI – Təyyarə magistrala eniş etdi – ANBAAN VİDEO

ABŞ-ın Corciya ştatının Geynsvil şəhərində təkmühərrikli “Hawker Beechcraft BE-36” təyyarəsi avtomobillərin hərəkət etdiyi yola eniş edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Fox5” telekanalı yayıb.

“Biz Geynsvildən havaya qalxarkən mühərrik sıradan çıxdı. Geri qayıtmağa çalışsaq da, hava limanına çata bilməyəcəyimizi başa düşdük, ona görə də yola eniş etdik”, - təyyarənin pilotu Tomas Rocers telekanala açıqlamasında bildirib.

Yerli polis hadisə nəticəsində üç nəqliyyat vasitəsinin zədələndiyi barədə məlumat verib. Daha iki nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bizim.Media

Seçilən
20
4
bizim.media

7Mənbələr