AZ

2027-ci ildə rekord temperatur gözlənilir

Yazını böyüt
Yazını kiçilt

Sakit okeanda "El-Ninyo" tendensiyasının formalaşması 2027-ci ildə qlobal temperaturun tarixi rekord səviyyəsinə yüksəlməsinə səbəb ola bilər. Milli Okean Atmosfer Administrasiyası (MOAA) və Avstraliyanın Meteorologiya Bürosu (AMB) bəzi iqlim modellərinin bu ilin sonunda "El-Ninyo" ehtimalını göstərdiyini açıqlayıb.

Hafta.az xəbər verir ki, hər iki qurum proqnozların qeyri-müəyyən olduğunu vurğulayır.

"El-Ninyo" Sakit okeanın şərqində dəniz səthinin normadan yüksək qızması ilə xarakterizə olunur və qlobal istiliyin artmasına təsir edir. Bu hadisə Avstraliyada daha isti və quraq hava şəraiti ilə əlaqələndirilir.

Bəzi alimlər iyun-avqust aylarında "El-Ninyo" ilə neytral vəziyyət arasında ehtimalın təxminən 50/50 olduğunu qeyd ediblər.

Mütəxəssislər bildiriblər ki, bu ilin sonunda yeni "El-Ninyo" baş verərsə, təsiri, əsasən, 2027-ci ildə hiss olunacaq.

Seçilən
26
4
hafta.az

5Mənbələr