AZ

Dünya yeni istilik dalğasına hazırlaşır: 2027 ci ildə rekord temperatur gözlənilir

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Sakit okeanda "El-Ninyo" tendensiyasının formalaşması 2027-ci ildə qlobal temperaturun tarixi rekord səviyyəsinə yüksəlməsinə səbəb ola bilər.

Oxu.Az xəbər verir ki, Milli Okean Atmosfer Administrasiyası (MOAA) və Avstraliyanın Meteorologiya Bürosu (AMB) bəzi iqlim modellərinin bu ilin sonunda "El-Ninyo" ehtimalını göstərdiyini açıqlayıb.

Hər iki qurum proqnozların qeyri-müəyyən olduğunu vurğulayır.

"El-Ninyo" Sakit okeanın şərqində dəniz səthinin normadan yüksək qızması ilə xarakterizə olunur və qlobal istiliyin artmasına təsir edir. Bu hadisə Avstraliyada daha isti və quraq hava şəraiti ilə əlaqələndirilir.

Bəzi alimlər iyun-avqust aylarında "El-Ninyo" ilə neytral vəziyyət arasında ehtimalın təxminən 50/50 olduğunu qeyd ediblər.

Mütəxəssislər bildiriblər ki, bu ilin sonunda yeni "El-Ninyo" baş verərsə, təsiri, əsasən, 2027-ci ildə hiss olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
3
oxu.az

5Mənbələr