AZ

İtaliya Alplarında bir həftə ərzində 13 nəfər həlak oldu

Bakı. Trend:

Ötən həftə ərzində İtaliya Alplarında ümumilikdə 13 alpinist,dağ xizəkçisi və turist həyatını itirib.

Trend “AssociatedPress” agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliya DağXilasetmə Korpusunun məlumatında deyilir.

Qeyd olunub ki, bu göstərici belə qısa zaman kəsiyi üçün rekordsayılır.

Korpusun nümayəndəsi Federiko Kataniyanın sözlərinə görə,faciəli hadisələrə bir neçə əlverişsiz amil səbəb olub. Bunlararasında güclü qar yağışı, şiddətli külək və dağ yamaclarındatoplanmış böyük həcmdə qar kütləsi yer alır.

Seçilən
62
az.trend.az

1Mənbələr