AZ

Lavrov: ABŞ Ukraynada Avropa qüvvələrini dəstəkləməyəcək

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

ABŞ Ukraynaya göndərilməsi planlaşdırılan Avropa qüvvələrinə dəstək verməyəcək.

Moderator.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV-yə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu gün Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Fransa Prezidenti Emmanuel Makron və NATO-nun baş katibi Mark Rutte Ukraynada qoşunlarının yerləşdirilməsindən fəxrlə danışırlar və ABŞ-dən hərbi dəstək aldıqlarını bəyan edirlər .

“Hazırda amerikalılarla bunu necə müzakirə etdiyimizə toxunmayacağam. Amma biz onlardan bunun doğru olub-olmadığını soruşduq. Şübhəsiz ki, avropalılar və Ukrayna prezidenti Zelenski üçün cavab müsbət olmayacaq”, - deyə Lavrov bildirib.

Fevralın 3-də Rutte sülh müqaviləsi bağlandıqdan sonra Ukraynaya xarici qoşunların yerləşdiriləcəyini deyib. Rusiya Xarici İşlər Nazirliyi bu addımın Moskva üçün qəbuledilməz olduğunu bəyan edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
50
moderator.az

10Mənbələr