AZ

Vens: ABŞ Ermənistan üçün yüksək performanslı “Nvidia“ çiplərinin ixrac lisenziyalarını verib

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Ermənistana yüksək performanslı "Nvidia" çiplərinin satışı üçün bir sıra ixrac lisenziyaları verib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistanın Baş naziri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində olmayan bu çiplər Ermənistanda yeni məlumat emalı mərkəzlərinin tikintisi üçün istifadə olunacaq. O qeyd edib ki, layihənin icrasına faktiki olaraq başlanılıb.

"Bu nə deməkdir? Bu, amerikalı işçilər və şirkətlər üçün yeni bazarlar, həmçinin Ermənistan xalqı üçün daha böyük rifah deməkdir", - Vens əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
4
moderator.az

5Mənbələr