AZ

CARTIF CAREC regionunda transsərhəd investisiyalarının genişləndirilməsində həlledici amil ola bilər

Bakı. Trend:

Ticarətə və investisiyalara dəstək üzrə Tərəfdaşlıq Sazişi(CARTIF) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına(CAREC) daxil olan ölkələrdə transsərhəd investisiyalarıngenişləndirilməsi üçün mühüm katalizatora çevrilə bilər.

Trend xəbər verirki, bu barədə Asiya İnkişaf Bankının saytında dərc olunan məqalədəbildirilir.

“CARTIF üzrə danışıqların 2026-cı ilin əvvəlində başlanmasıplanlaşdırılır. Danışıqların uğurla aparılması üçün CAREC ölkələrihökumətlərinin fəal iştirakı, eləcə də özəl sektor və inkişaf üzrətərəfdaşlar daxil olmaqla əsas maraqlı tərəflərin dəstəyi sondərəcə vacibdir”,-deyə məqalədə qeyd olunur.

Məqalədə vurğulanır ki, CARTIF uğurla başa çatdırılaraq qüvvəyəminərsə, saziş CAREC regionunda transsərhəd ticarət vəinvestisiyaların inkişafı üçün mühüm alətə çevrilə bilər:

“Bu, regional əlavə dəyər zəncirlərinin formalaşmasına, istehsalşəbəkələrinin genişlənməsinə, iqtisadi şaxələndirməyə və regionölkələrinin ümumi rifahının artırılmasına töhfə verəcək”.

Xatırladaq ki, 20 noyabr 2025-ci ildə CAREC-in 24-cü nazirlərkonfransında CARTIF üzrə danışıqları rəsmi olaraq işə salan BişkekBəyannaməsi qəbul edilib. Bu addım CAREC ölkələrinin ticarət vəinvestisiyalar sahəsində regional iqtisadi əməkdaşlıq vəinteqrasiyanın təşviqi istiqamətində səylərində mühüm mərhələolub.

CARTIF CAREC proqramı çərçivəsində iyirmi ildən artıqəməkdaşlığa, o cümlədən "CAREC Strategy 2030" və "CAREC IntegratedTrade Agenda 2030" sənədlərində əks olunan nailiyyətlərə, eləcə dəÜmumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılmasıüzrə Sazişi kimi beynəlxalq saziş və konvensiyaların icrasınaəsaslanır. Sazişin məqsədi transsərhəd ticarət və investisiyalarınasanlaşdırılması üçün inklüziv, şəffaf və çevik regional iqtisaditərəfdaşlıq yaratmaqdır.

CARTIF-in özəlliyi ondan ibarətdir ki, o, "WTO-plus"elementlərini — Ümumdünya Ticarət Təşkilatının (ÜTT) artıq mövcudolan sazişləri çərçivəsində genişləndirilmiş əməkdaşlığı (ticarətinasanlaşdırılması, sanitariya və fitosanitar tədbirlər, texnikimaneələr, xidmətlər ticarəti və s.) və "WTO-extra" elementlərini -mövcud ÜTT sazişləri ilə tam əhatə olunmayan investisiyalarıntəşviqi, rəqəmsal ticarət və təchizat zəncirlərinin inteqrasiyasıkimi mövzuları - birləşdirir.

CARTIF həmçinin çevik, modul struktur nəzərdə tutur: əsasçərçivə sazişi ilkin protokollarla birlikdə bütün iştirakçılar üçünvahid öhdəliklər toplusunu formalaşdırır, əlavə protokollar isədaha sonra razılaşdırıla bilər ki, bu da ölkələrin milliprioritetləri və hazırlıq səviyyəsindən asılı olaraq əməkdaşlığınmərhələli şəkildə dərinləşdirilməsinə imkan yaradır.

Məqalədə:
Seçilən
27
1
az.trend.az

2Mənbələr