Bakı.Trend:
AZCON Holdinq şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Daşkənd şəhərində “ÖzbəkistanDəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və“Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze iləgörüşüb.
Trend xəbərverir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, üçölkə arasında dəmir yolu sahəsində iş birliyi, o cümlədən OrtaDəhlizlə Mərkəzi Asiyadan Avropa istiqamətində yükdaşımaların dahasəmərəli təşkili üzrə əməkdaşlığın perspektivləri müzakirəedilib.
Həmçinin bu dəhlizlə yükdaşımaların daha da artırılması və yeniyüklərin cəlb olunması məqsədilə rəqəmsal həllərin tətbiqiningenişləndirilməsinin vacibliyi vurğulanıb.