Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov fevralın 9-u Daşkənd şəhərində “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, üç ölkə arasında dəmir yolu sahəsində iş birliyi, o cümlədən Orta Dəhlizlə Mərkəzi Asiyadan Avropa istiqamətində yükdaşımaların daha səmərəli təşkili üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin bu dəhlizlə yükdaşımaların daha da artırılması və yeni yüklərin cəlb olunması məqsədilə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyi vurğulanıb.



Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.