ABŞ-ın vitse-prezidenti J.D. Vensin gəlişi öncəsi ən azı 20 ABŞ Hərbi Hava Qüvvələrinin hərbi nəqliyyat təyyarəsi Ermənistan və Azərbaycana gəlib. Hafta.az bildirir ki, bu barədə Sputnik Armenia məlumat yayıb.
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens 9-10 fevral tarixlərində Ermənistana, oradan isə Bakıya rəsmi səfər edəcək. Təyyarələrin əksəriyyəti 4-8 fevral tarixləri arasında İrəvan və Bakıya gəlib. Ermənistana 12, Azərbaycana isə 9 təyyarə yola düşüb.
Təyyarələr əsasən ABŞ-dakı bazalardan Almaniyadakı Ramstein Hava Bazasında yanacaq dolduraraq gəlib. Demək olar ki, bütün uçuşlar 77,5 tona qədər yük daşıma qabiliyyətinə malik ağır hərbi nəqliyyat təyyarəsi olan Boeing C-17A Globemaster III tərəfindən həyata keçirilib.
Bundan əlavə, ABŞ Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyat qüvvələri üçün ixtisaslaşmış hərbi nəqliyyat təyyarəsi olan Lockheed Martin MC-130J Commando II İrəvan və Bakıya uçub. Onlar həmçinin Gürcüstana iki uçuş həyata keçiriblər.