ABŞ Hərbi Hava Qüvvələrinin ən azı 20 hərbi nəqliyyat təyyarəsi ABŞ vitse-prezidenti Vensin səfərindən əvvəl Ermənistan və Azərbaycana gəlib.
"Yeni Sabah" xəbər verir ki, bu hesablamanı "Sputnik Armenia" aparıb.
Vens fevralın 9-10-da Ermənistana rəsmi səfər edəcək. O, İrəvandan Bakıya gedəcək.
Təyyarələrin əksəriyyəti 4-8 fevral aralığında İrəvan və Bakıya gəlib. Monitorinq göstərib ki, Ermənistana 12 hərbi nəqliyyat təyyarəsi gəlib. 9 təyyarə Azərbaycana yola düşüb.
Təyyarələr əsasən ABŞ-dəkı bazalardan Almaniyadakı Ramşteyn hava bazasında yanacaq dolduraraq gəlib. Demək olar ki, bütün uçuşları 77,5 tona qədər faydalı yük tutumuna malik ağır hərbi nəqliyyat təyyarəsi olan "Boeing C-17A Globemaster III" həyata keçirib.
ABŞ Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyat qüvvələri üçün ixtisaslaşmış hərbi nəqliyyat təyyarəsi olan "Lockheed Martin MC-130J Commando II" İrəvan və Bakıya uçub. Onlar həmçinin Gürcüstana iki uçuş həyata keçiriblər.
Vens özü Olimpiya Oyunlarına 14 təyyarədən ibarət donanmanın tərkibində İtaliyaya gəlmişdi.
Telegram kanalımız