Azərbaycanlı yeniyetmə pilot Davin Cəfərov “Formula Winter Series” yarışına dəvət alıb.
90deqiqe.Az-ın məlumatına görə, o, Portuqaliyanın Portimao trekində Formula 4 avtomobili ilə ilk rəsmi test sessiyasını keçirib.
Pilot yağışlı və çətin şəraitdə baş tutan sessiyada debüt etməsinə baxmayaraq, test gününü qəzasız başa vurub və 224 kilometr/saat maksimal sürətə çatıb.
Davinin avtomobilə nəzarəti və soyuqqanlı çıxışı komanda rəhbərliyi və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.