AZ

Azərbaycanlı pilot Formula 4 avtomobili ilə ilk təcrübəsini yaşayıb

Azərbaycanlı yeniyetmə pilot Davin Cəfərov “Formula Winter Series” yarışına dəvət alıb.

90deqiqe.Az-ın məlumatına görə, o, Portuqaliyanın Portimao trekində Formula 4 avtomobili ilə ilk rəsmi test sessiyasını keçirib.

Pilot yağışlı və çətin şəraitdə baş tutan sessiyada debüt etməsinə baxmayaraq, test gününü qəzasız başa vurub və 224 kilometr/saat maksimal sürətə çatıb.

Davinin avtomobilə nəzarəti və soyuqqanlı çıxışı komanda rəhbərliyi və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Seçilən
15
1
90deqiqe.az

2Mənbələr