Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron rayon təşkilatına rəhbərlik edən Əhməd Əhmədov saxlanılıb.
Bakupost.az lent.az-a istinadən xəbər verir ki, partiya funksioneri öz övladına fiziki zorakılıq tətbiq etməkdə ittiham olunur.
Ciddi bədən xəsarətləri alan övladın atası barəsində hüquq-mühafizə orqanlarına şikayət etdiyi bildirilir.
Daxil olan müraciət əsasında faktla bağlı cinayət işi açılıb və Ə.Əhmədov istintaqa cəlb edilərək tutulub.
Məhkəmədə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri tətbiq edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.