AZ

Lavrovdan sərt xəbərdarlıq: Yaxın Şərq sakitləşməyəcək, Fələstin prosesi hədəfdədir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdə baş verən bütün hadisələrin Fələstin məsələsinin həlli prosesinə mane olmağa yönəldiyini bildirib.

Turkustan.az xəbər verir ki, bütün təşəbbüslərə baxmayaraq, regionun yaxın dövrdə sabitləşəcəyini düşünmədiyini qeyd edib.

Lavrov bu fikirləri Moskvada keçirilən Beynəlxalq Valday Müzakirə Klubunun 15-ci Yaxın Şərq Konfransında çıxışı zamanı səsləndirib.

Nazir Yaxın Şərqdəki mövcud vəziyyəti şərh edərək deyib:
“Bütün təşəbbüslərə baxmayaraq, regionun bu mərhələdə sakitləşəcəyini düşünmürəm. Ərəb Baharından sonra sabitləşmə istiqamətində heç bir müsbət tendensiya görmürük. Bölgədə baş verən hadisələr Fələstin məsələsinin həlli prosesini dayandırmaq məqsədi daşıyır”.

Lavrov ABŞ prezidenti Donald Tramp administrasiyasının İbrahim Sazişlərini dəstəklədiyini xatırladaraq bildirib ki, bu, əvvəlki sülh təşəbbüslərini arxa plana keçirib. Onun sözlərinə görə, 2002-ci ildə irəli sürülən və Fələstin dövlətinin yaradılmasını, eləcə də İsrailin ərəb dünyası tərəfindən tanınmasını nəzərdə tutan Ərəb Sülh Təşəbbüsü faktiki olaraq ləğv edilib.

“Hamı bu prosesin müsbət nəticə verəcəyinə ümid edirdi. Lakin İbrahim Sazişləri bu yanaşmanı kökündən dəyişdi: əvvəl İsrailin tanınması, sonra isə nəticələrin gözlənilməsi. Bu siyasətin nə ilə nəticələndiyini indi görürük”, – deyə Lavrov əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
63
5
turkustan.az

6Mənbələr